Haqqımızda Reklam
21 
Avq
2026
14:00
5
2
440

Ölkəyə 1,5 milyon lari dəyərində narkotik vasitə gətirən şəxs saxlanılıb (VİDEO)

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları narkotiklərlə mübarizə çərçivəsində keçirilən kompleks əməliyyat nəticəsində ölkədə külli miqdarda narkotikin yayılmasının qarşısını alıblar. 24News.ge xəbər verir ki, nazirliyin məlumatına görə, əməliyyat zamanı 4 kiloqrama yaxın “Alfa-PVP” narkotik vasitəsi ələ keçirilib. Narkotikin “qara bazar”da dəyərinin təxminən 1,5 milyon lari olduğu bildirilir. Hadisə ilə bağlı xarici ölkə vətəndaşı saxlanılıb. O, külli miqdarda narkotik vasitəni qanunsuz əldə etmək və saxlamağa cəhd, qanunsuz daşımağa cəhd və narkotik vasitələrin qanunsuz satışına yardım etməyə cəhd etməkdə ittiham olunur. İstintaqla müəyyən edilib ki, saxlanılan şəxs xarici ölkədən gizli şəkildə göndərilən külli miqdarda narkotiki satmağı planlaşdırıb. O, narkotiki Tbilisidə yerləşən avtomobil dayanacağından qəbul etməli olub. Hüquq-mühafizə orqanlarının kompleks istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxs üçün göndərilən narkotik maddə – 4 kiloqrama yaxın “Alfa-PVP” Gürcüstanın regionlarından birində maddi sübut kimi götürülüb. Daha sonra bağlamanın ünvan sahibinə nəzarət altında çatdırılması həyata keçirilib. Təqsirləndirilən şəxs əvvəlcədən hazırladığı cinayət planına uyğun olaraq Tbilisidə avtomobil dayanacağına gələrək bağlamanı qəbul edib. Bundan sonra o, paytaxtı tərk etməyə cəhd göstərib. Polis əməkdaşları onu Tbilisinin çıxışında idarə etdiyi avtomobillə hərəkətdə olarkən saxlayıblar. Avtomobilə baxış zamanı bağlama və narkotik vasitələrin qablaşdırılması üçün nəzərdə tutulan materiallar maddi sübut kimi götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 19-260, 19-260¹ və 19-260³-cü maddələri ilə araşdırma aparılır. Sözügedən maddələr üzrə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

www.24news.ge