Haqqımızda Reklam
21 
Avq
2026
21:30
4
2
783

Ovçuluq etmək istəyənlərin nəzərinə! - Ov mövsümünün tarixi açıqlanıb

Gürcüstanda köçəri quşların ovlanması mövsümü 22 avqustda başlayacaq. 24News.ge xəbər verir ki, bu barədə Ətraf Mühitə Nəzarət Departamenti məlumat yayıb. Bildirilib ki, qanunsuz ov hallarının qarşısının alınması, aşkarlanması və dayandırılması məqsədilə ov mövsümü ərzində ölkə üzrə 24 saatlıq ciddi nəzarət həyata keçiriləcək. Köçəri quş ovlamaq istəyən şəxslər ovdan əvvəl müəyyən edilmiş 10 lari məbləğində rüsum ödəməlidirlər. Rüsum Gürcüstanın istənilən bankında ödənilə bilər. Ov mövsümü 2027-ci il martın 1-dək davam edəcək. Ətraf Mühitə Nəzarət Departamenti vətəndaşları qanunvericiliyin tələblərinə ciddi əməl etməyə çağırıb. Qanun pozuntusu aşkarlandığı halda vətəndaşlar Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin 153 qaynar xəttinə zəng edə bilərlər. Zəng pulsuzdur və anonimlik qorunur. Qeyd olunub ki, ovlanmasına icazə verilən köçəri quş növlərinin siyahısı, ov müddətləri, ov ərazilərinə uyğun gündəlik limitlər və rüsumların ödənilməsi üçün xəzinə kodları Ətraf Mühitə Nəzarət Departamentinin saytında yerləşdirilib.

www.24news.ge