Haqqımızda Reklam
20 
Avq
2026
20:00
11
8
2205

DİN Nəriman Allahverdiyevin saxlanılması ilə bağlı səbəbləri açıqladı

Məlum olduğu kimi, bu gün səhər saatlarında “Mamed Gas” MMC-nin rəhbəri Nəriman Allahverdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Yaxınlarının 24News.ge xəbər portalına verdiyi məlumata görə, polisə Nəriman Allahverdiyev barəsində böhtan xarakterli şikayətlər daxil olub və o, məhkəmə qərarı əsasında saxlanılıb. Xəbər portalımızın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən bildirilib ki, Nəriman Allahverdiyev maliyyə mübahisəsi və daxil olan şikayətlərlə bağlı məhkəməyə gəlmədiyi üçün axtarışa verilib və məhz bu əsasla saxlanılıb. Hazırda Nəriman Allahverdiyev barəsində Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət təqibi həyata keçirilir. Sözügedən maddə qanunsuz sahibkarlıq fəaliyyətinə görə məsuliyyət nəzərdə tutur. Maddənin müvafiq bəndlərinə əsasən, əmələ görə cərimə və ya 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər. Xatırladaq ki, Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyasının (SEMEK) daha əvvəl yaydığı açıqlamaya görə, “Mamed” MMC-nin təbii qazın paylanması üzrə lisenziyası 1 avqust 2026-cı il tarixindən ləğv edilib. Komissiya bildirir ki, lisenziyanın ləğvindən sonra şirkət tərəfindən qazın qoşulması və ya kəsilməsi ilə bağlı həyata keçirilən əməliyyatlar qanunsuz hesab olunur.

www.24news.ge