Haqqımızda Reklam
20 
Avq
2026
17:55
11
3
402

Bütün şəhər və bələdiyyələrdə məktəbli formalarının satışı üçün məntəqələr açılacaq

Bütün şəhər və bələdiyyələrdə ən azı bir məktəbli forması satış məntəqəsi fəaliyyət göstərəcək. 24News.ge xəbər verir ki, bu barədə Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze açıqlama verib. Nazirin sözlərinə görə, vətəndaşlar həmin məntəqələrə şəxsən gedərək məktəbli forması ala biləcəklər. Mikanadze qeyd edib ki, satış məntəqələrinin ünvanları ilə bağlı məlumat gələn həftədən ictimaiyyətə təqdim olunacaq. Nazir həmçinin bildirib ki, gələn həftədən onlayn platforma da istifadəyə veriləcək. Bu platforma vasitəsilə valideynlər övladları üçün məktəbli formasını internet üzərindən sifariş edə biləcəklər: “Pərakəndə alış zamanı və ya onlayn alış-veriş zamanı müxtəlif bankların tətbiq etdiyi güzəştli keşbek kampaniyaları da mövcuddur. Bununla bağlı ətraflı məlumat da paylaşılacaq”, – deyə Mikanadze bildirib.

www.24news.ge