Haqqımızda Reklam
20 
Avq
2026
15:10
4
6
797

Mübahisə zamanı 38 yaşlı şəxs bıçaqlanıb

Kareli bələdiyyəsində mübahisə zamanı 38 yaşlı kişi bıçaqlanıb. 24News.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi təsdiqləyib. Məlumata görə, mübahisə zamanı təqsirləndirilən şəxs tanışına soyuq silahla xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralı şəxs tibbi yardım üçün klinikaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq aparılır. Sözügedən maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge