Haqqımızda Reklam
20 
Avq
2026
18:15
6
9
144

Makron Kobaxidzeni Parisdə keçiriləcək beynəlxalq sammitə dəvət edib

Fransa Prezidenti Emmanuel Makron Baş nazir İrakli Kobaxidzeni kosmos məsələlərinə həsr olunacaq ilk beynəlxalq sammitə dəvət edib. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb. Bildirilib ki, sammit 9-10 sentyabr 2026-cı ildə Parisdə keçiriləcək. Tədbirə Fransa və Almaniya həmsədrlik edəcək. Sammitin əsas mövzularını elm, tədqiqat, təhlükəsizlik və müdafiə məsələləri təşkil edəcək. Emmanuel Makron rəsmi dəvət məktubunda bildirib ki, bu gün kosmos həm güc, həm də rifah baxımından mühüm istiqamətlərdən biridir. Onun sözlərinə görə, kosmik sənayenin inkişafı, bu sahənin artan mülki və hərbi əhəmiyyəti, eləcə də güclənən rəqabət texnoloji potensialdan tam istifadə etmək üçün koordinasiyalı fəaliyyət tələb edir. Makron qeyd edib ki, sammit dövlətlərlə yanaşı, şirkətlər və çoxtərəfli qurumlar arasında dialoq və əməkdaşlığın əhəmiyyətini vurğulamaq üçün imkan yaradacaq. Fransa Prezidenti həmçinin sammit çərçivəsində kosmik sənaye və agentliklərin təcrübəsinin təqdim olunacağını, elmi, sənaye, texniki və iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin müzakirə ediləcəyini bildirib. Makron dəvət məktubunda sammitin konkret addımlar və mühüm qərarlarla başa çatmasının vacibliyini vurğulayıb və İrakli Kobaxidzeni sentyabr ayında Parisdə qəbul etməkdən məmnun olacağını qeyd edib.

www.24news.ge