Haqqımızda Reklam
12 
Avq
2026
09:47
2
0
34

ABŞ, Azərbaycan və Ermənistan rəsmiləri Vaşinqtonda üçtərəfli görüş keçirib

ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyanla görüşüb. 24News.ge xəbər verir ki, görüş avqustun 10-da Vaşinqtonda baş tutub. Huker görüşlə bağlı məlumatı sosial şəbəkə hesabında paylaşıb. Bildirilir ki, görüş 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında keçirilmiş Vaşinqton sülh sammitinin birinci ildönümü münasibətilə təşkil olunub. Huker qeyd edib ki, ABŞ Cənubi Qafqaz üçün dinc və firavan gələcəyin təmin olunması istiqamətində mühüm işləri davam etdirməyə, eyni zamanda regionda Amerikanın strateji mövqeyini gücləndirməyə hazırdır. Görüş zamanı tərəflər regionda əldə olunan müsbət irəliləyişləri, infrastruktur layihələrini və qarşılıqlı etimadın möhkəmləndirilməsi tədbirlərini müzakirə ediblər.

www.24news.ge