Haqqımızda Reklam
22 
Iyl
2026
23:00
4
4
1155

Tbilisidə atışma baş verib: yaralılar var

Tbilisinin Vera rayonunun Şanidze küçəsində silahlı insident baş verib. 24News.ge xəbər verir ki, hadisə zamanı 3 nəfərin yaralandığı bildirilir. Yaralanan üç nəfərdən biri qadındır, o, küçədə gedərkən gülləyə tuş gəlib. Yaralı iki gəncdən biri 18 yaşında, digəri isə yetkinlik yaşına çatmayandır. Onlardan biri Xeçinaşvili Universiteti Klinikasına aparılıb.

www.24news.ge