Haqqımızda Reklam
22 
Iyl
2026
16:11
11
3
1350

Külli miqdarda silah-sursat gətirilməsinin qarşısı alınıb (VİDEO)

Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları ölkəyə külli miqdarda odlu silah və sursatın qanunsuz gətirilməsi cəhdinin qarşısını alıblar. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, faktla bağlı iki nəfər saxlanılıb. Onlardan biri xarici ölkə vətəndaşıdır. Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Sarpi gömrük-keçid məntəqəsində və Poti dəniz limanında yerləşən iqtisadi gömrük rəsmiləşdirmə zonasında təqsirləndirilən şəxslərə məxsus avtomobillərə baxış keçiriblər. Baxış zamanı maddi sübut kimi: 500-ə yaxın döyüş patronu; 2 pnevmatik idman silahı; 2 000-dən çox güllə gilizi; 900-ə yaxın giliz mərmisi; odlu silah patronlarının hazırlanması üçün nəzərdə tutulmuş 2,5 kiloqram barıt götürülüb. Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 236-cı, 19-236-cı və 19-214-cü maddələri ilə aparılır. Bu maddələr üzrə təqsirləndirilən şəxsləri 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

www.24news.ge