Haqqımızda Reklam
22 
Iyl
2026
17:33
7
8
2706

Qızılhacılı kəndində orta yaşlı kişi ailə üzvünü bıçaqlayıb

Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində orta yaşlı kişi ailə üzvünü bıçaqlayıb. 24News.ge xəbər verir ki, hadisənin hansı şəraitdə baş verdiyi bu mərhələdə məlum deyil. Əldə edilən məlumata görə, yaralı klinikaya yerləşdirilib 24News.ge xəbər portalının sorğusuna Daxili İşlər Nazirliyindən bildirilib ki, istintaq Cinayət Məcəlləsinin 117-ci maddəsinin 11-ci hissəsi ilə başlanıb. Bu maddə ailə üzvünün sağlamlığına qəsdən ağır zərər vurma ilə bağlıdır.

www.24news.ge