Haqqımızda Reklam
21 
Iyl
2026
08:27
6
3
391

Leysan yağışları Tbilisidə bir sıra fəsadlara yol açıb

Gecə saatlarında yağan güclü yağış Tbilisinin bir neçə rayonunda problemlərə səbəb olub. 24News.ge xəbər verir ki, leysan yağışları nəticəsində Diğomi Massivi və Didi Diğomi ərazilərində küçələri su basıb, Vazisubani qəsəbəsində isə su yaşayış binalarının zirzəmilərinə dolub. Paytaxtın müxtəlif hissələrində yolların su altında qalması avtomobillərin hərəkətini çətinləşdirib. Milli Ətraf Mühit Agentliyi xəbərdarlıq edib ki, güclü yağıntılar kiçik çaylarda qəfil daşqınlara, dağlıq və dağətəyi ərazilərdə isə sürüşmə və selin yaranmasına səbəb ola bilər. Bununla əlaqədar orta təhlükə səviyyəsi elan edilib.

www.24news.ge