Haqqımızda Reklam
11 
Iyn
2026
08:33
4
1
161

ABŞ İran ərazisindəki hədəflərə, İran isə ABŞ-ın regiondakı hərbi bazalarını zərbələr endirib

ABŞ qüvvələri İranda bir neçə hədəfə qarşı hərbi əməliyyat həyata keçirib. 24News.ge xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Mərkəzi Komandanlığı məlumat yayıb. Qurumun açıqlamasına görə, mərkəzi Komandanlıq qüvvələri Ali Baş Komandanın əmrlərinə əsasən, iyunun 10-da İrandakı bir neçə hədəfə əlavə zərbələr endirib. Komandalıq əlavə edib ki, hücumlar İranın rabitə, hava hücumundan müdafiə və kəşfiyyat sistemlərini hədəf alıb. "Şərq Sahil Vaxtı ilə saat 17:15-də (Tbilisi vaxtı ilə 11 iyun saat 01:15 - Qeyd) Ali Baş Komandanın əmri ilə Mərkəzi Komandanlıq qüvvələri İrandakı bir sıra hədəflərə qarşı özünümüdafiə məqsədilə əlavə zərbələr endirməyə başlayıb", - deyə bəyanatda bildirilib. Qeyd olunub ki, ABŞ İrana qarşı yeni hücumunda 49 "Tomahawk" raketindən istifadə edib İran isə ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi bazalarına qarşı cavab hücumları həyata keçirib. SEPAH tərəfindən yayılan bəyanatda bildirilib ki, hücumların hədəfi 18 mühüm obyekt olub. Hədəflər arasında ABŞ-ın Küveyt, Bəhreyn və İordaniya ərazisində yerləşən hərbi-hava bazaları da yer alıb. Bəyanatda qeyd olunub ki, İordaniyadakı hərbi bazaya endirilən zərbələr nəticəsində “obyektlər və döyüş təyyarələri məhv edilib”. İran İnqilab Keşikçiləri Korpusunun hava qüvvələrinin komandanı Seyid Məcid Musəvi bildirib ki, əgər Hörmüz boğazı təhlükəsiz olmazsa, İran "bölgəni cəhənnəmə çevirəcək". İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının bütün gəmilər üçün bağlandığını açıqlayıb.

www.24news.ge