Haqqımızda Reklam
11 
Iyn
2026
00:24
1
0
203

Qızılhacılı kəndində təbii qazla bağlı keçirilən gərgin görüş nəticəsiz başa çatıb (VİDEO)

Parlament üzvü Zaur Darğallı, Marneuli meri Daur İsmayılov və Marneuli Sakrebulosunun sədri Amiran Giorqadzenin Qızılhacılı kəndində yerli sakinlər və qaz paylayıcı şirkət olan “Mamed” MMC-nin rəhbəri ilə keçirdiyi gərgin görüş nəticəsiz başa çatıb. 24News.ge xəbər verir ki, yerli hökümət nümayəndələri SEMEK-in açıqlamasına istinadən qeyd ediblər ki, qazpaylayıcı şirkət “Mamedi” MMC-nin lisenziyalı fəaliyyət ərazisində – Qızılhacılı kəndində məişət istehlakçıları üçün qurum tərəfindən təsdiqlənmiş tarif 47 tetri (ƏDV daxil) təşkil edir. Bu tarif sosial qazın dəyərini (36,7 tetri, ƏDV daxil olmaqla) və qanunvericiliklə nəzərdə tutulan bütün zəruri xərcləri əhatə edir. Bildirilib ki, “Mamedi” MMC istehlakçılardan qurumun müəyyən etdiyi tarifdən daha yüksək – 57 tetri (ƏDV daxil) məbləğində ödəniş tələb edib. Məsələ ilə bağlı “Mamed Gaz” şirkətinin rəhbəri Nəriman Allahverdiyev bildirib ki, qaz təchizatı SOCAR tərəfindən qiymət artımı ilə əlaqədar dayandırılıb. Onun sözlərinə görə, ötən il bağlanmış müqaviləyə əsasən 1000 kubmetr təbii qazın qiyməti 250 lari müəyyən edilib və ödənişlər də həmin tarif üzrə həyata keçirilib. Lakin sonradan SOCAR tərəfindən müqavilədə nəzərdə tutulmayan əlavə qiymət artımı tətbiq olunub və nəticədə 1000 kubmetr qazın dəyəri 350 lari hesablanmağa başlanıb. Görüş zamanı kənd sakinləri təbii qaz təchizatı ilə bağlı problemləri və narazılıqlarını səsləndiriblər. Tərəflər arasında müzakirələr aparılsa da, mövcud problemin həlli ilə bağlı konkret razılıq əldə olunmayıb.

www.24news.ge