Haqqımızda Reklam
10 
Iyn
2026
10:58
7
17
2639

Qonşu qonşusunu güllələyərək qətlə yetirib

Zuqdidi bələdiyyəsi ərazisində yerləşən Oktomberi kəndində qətl hadisəsi baş verib. 24News.ge xəbər verir ki, 70 yaşlarında olan kişi 55 yaşlı qonşusuna odlu silahla atəş açaraq ona ölümcül xəsarətlər yetirib. Yerli məlumatlara əsasən, hadisədən əvvəl tərəflər arasında mübahisə yaşanıb. Qətlin motivi və digər təfərrüatlar hələlik məlum deyil. Yerli sakinlərin sözlərinə görə, sözügedən şəxlər arasında bir neçə ildir ki, torpaq sahəsi üstündə mübahisə olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və hazırda istintaq tədbirləri aparılır. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə cinayət işi başlanıb.

www.24news.ge