Haqqımızda Reklam
03 
Nybr
2025
12:54
6
29
1756

Ərzaq, tərəvəz və bostan məhsulları kəskin bahalaşıb

illik inflyasiyanın formalaşmasına əsas təsir ərzaq və alkoqolsuz içkilərin qiymətlərindəki dəyişikliklər göstərib. Bu kateqoriyada qiymətlər 11,7 faiz artıb ki, bu da illik inflyasiyaya 3,88 faiz bəndi təsir edib. 24News.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti (Sakstat) məlumat yayıb. Sakstat-ın məlumatına əsasən, ərzaq məhsullarından ən çox bahalaşanlar (21 faiz) meyvə və üzüm olub. Tərəvəz və bostan məhsullarında 19,4 faiz, şəkər, mürəbbə və digər şirniyyatlarda 17,2 faiz, balıq məhsullarında 16,9 faiz artım qeydə alınıb. Yağ və piy 13,9 faiz, çörək və un məmulatları 12,4 faiz, mineral və bulaq suları, alkoqolsuz içkilər və təbii şirələr 10,4 faiz, qəhvə, çay və kakao 10,2 faiz, süd, pendir və yumurta 8,1 faiz, ət və ət məhsulları isə 4,9 faiz bahalaşıb. Səhiyyə sektorunda da qiymətlər artıb. Hesabata görə, “Səhiyyə” kateqoriyasında qiymətlər 8,9 faiz yüksəlib və bu, illik inflyasiyaya 0,75 faiz bəndi təsir göstərib. Artım əsasən ambulator tibbi xidmətlərdə (9,3 faiz), xəstəxana xidmətlərində (9,2 faiz) və tibbi məhsullar, aparat və avadanlıqlarda (8 faiz) müşahidə olunub. Bundan əlavə, “Alkoqollu içkilər və tütün məmulatları” qrupunda qiymətlər 5,6 faiz artıb. Bu qrupun illik inflyasiyaya təsiri 0,36 faiz bəndi təşkil edib. Tütün məmulatları 7,2 faiz, alkoqollu içkilər isə 3,9 faiz bahalaşıb.

www.24news.ge