Haqqımızda Reklam
01 
Avq
2025
21:31
7
24
775

Son 3 ildə Koreyadan Gürcüstana avtomobil idxalı xeyli artıb

Son üç il ərzində Koreya Respublikasından Gürcüstana avtomobil idxalında əhəmiyyətli artım müşahidə olunur. 24News.ge xəbər verir ki, Gürcüstanın Milli Statistika İdarəsinin – "Sakstat"ın məlumatına görə, 2022-ci ilin ilk altı ayında ölkəyə cəmi 706 ədəd, ümumilikdə 9 milyon ABŞ dolları dəyərində koreya avtomobili idxal olunub. 2023-cü ilin eyni dövründə bu rəqəm 1348 ədədə (20,6 milyon dollar), 2024-cü ilin hesabat dövründə isə 1804 ədədə (23,9 milyon dollar) çatıb. Cari ilin ilk altı ayında isə 1281 ədəd koreya istehsalı avtomobil idxal edilib ki, bu da 15,2 milyon ABŞ dolları dəyərində qiymətləndirilir. Statistik məlumatlara əsasən, Koreya Respublikası hazırda Gürcüstan üçün avtomobil idxal edən ölkələr arasında ilk beşlikdə yer alır. Avtomobil idxalçılarının verdiyi məlumata görə, Koreya avtomobillərinə tələbatın artmasının əsas səbəblərindən biri onların texniki və vizual vəziyyətidir. Gürcüstan Avtoidxalçılar Assosiasiyasının rəhbəri Laşa Darbaiseli bildirib ki, Koreya avtomobilləri adətən aşağı yürüşlü və yaxşı saxlanılmış vəziyyətdə olur. Laşa Darbaiselinin sözlərinə görə, bəzi avtomobillər 2013-14-cü il, hətta 1998-99-cu il istehsalı olsa belə, onların yürüşü çox az olur və sanki yeni zavoddan çıxmış kimidirlər. Bu, alıcılar üçün cəlbedici amildir və Koreya avtomobillərinin bazarda rəqabət qabiliyyətini artırır.

www.24news.ge