Haqqımızda Reklam
16 
Sen
2026
10:48
1
3
316

Gürcüstan Azərbaycana yeni səfir təyin edib

Giorgi Zakaraşvili Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən məlumat verilib. Məlumatına görə, Zakaraşvili uzun illər XİN-in mərkəzi aparatında və diplomatik nümayəndəliklərdə müxtəlif vəzifələrdə çalışıb. O, 2021-ci ildən bu günədək Gürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, həmçinin GUAM-da Gürcüstanın daimi nümayəndəsi olub. 2016-2019-cu illərdə İsveçrə Konfederasiyasının Rusiyadakı səfirliyində Gürcüstanın maraqlar bölməsinin fövqəladə və səlahiyyətli nümayəndəsi, 2012-2016-cı illərdə isə Gürcüstanın Ukraynadakı səfirliyində və GUAM-da daimi nümayəndəliyində fövqəladə və səlahiyyətli nümayəndə vəzifəsində çalışıb. Müxtəlif illərdə Zakaraşvili Gürcüstan XİN-in Siyasi Departamentinin direktoru və Mərkəzi Asiya ölkələri ilə münasibətlər idarəsinin rəhbəri vəzifələrini də tutub. Qeyd olunub ki, Giorgi Zakaraşviliyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.

www.24news.ge