Haqqımızda Reklam
02 
Avq
2021
13:11
19
10
3656

Parlament komitəsi azərbaycanlıların “ov”, “yev” və digər soyad sonluqlarından imtina etməsi ilə bağlı müraciəti qəbul edib

Parlamentin Prosessual Məsələlər və Qaydalar Komitəsi Gürcüstanın azərbaycanlı vətəndaşları tərəfindən təqdim olunan təşəbbüsü qəbul edib. 24News.ge xəbər verir ki, bu barədə qanunverici orqanın Mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, məsələ ilə bağlı müvafiq qanunvericilik təklifi hazırlanacaq və layihə ən azı 25 min seçicinin təşəbbüsü və imzası ilə parlamentə təqdim olunacaq. Xatırladaq ki, sözügedən qanun layihəsini "Salam Platforması" təqdim edib. Qanun layihəsi, vətəndaşa qeyri-səciyyəvi / qeyri-ənənəvi şəkilçiləri ("ov" / "ev" və ya digər) soyadından çıxarmaq və ya ənənəvi orijinal şəkilçilərlə əvəz etmək hüququnun verilməsini nəzərdə tutur.

www.24news.ge