Haqqımızda Reklam
04 
Sen
2026
22:13
7
0
314

Qaraçöpdən olan idmançı Tailandda keçirilən peşəkar Muay Thai döyüşündə qalib gəlib (FOTO)

Qaraçöp bölgəsindən olan 24 yaşlı idmançı Peyman Hacıyev Tailandda keçirilən peşəkar Muay Thai döyüşündə qalib gələrək kəmərə sahib olub. 24News.ge xəbər portalına müsahibəsində P. Hacıyev bildirib ki, yarışda 15 ölkədən idmançılar iştirak edib. Türkiyə, Azərbaycan, Fransa, Almaniya, İran, Çin, Tacikistan, Qırğızıstan, Rusiya, Çeçenistan, İraq, Avstraliya, Meksika, Fələstin və Gürcüstanın da təmsil olunduğu turnirdə Peyman Hacıyev 70 kq çəki dərəcəsində mübarizə aparıb. O, Tailandlı rəqibi ilə keçirdiyi döyüşün hər üç raundunda yüksək xal toplayaraq qalib gəlib və kəmərə sahib olub. Qeyd edək ki, Peyman Hacıyev bu il avqustun 12-də Tailandda keçirilən MMA turnirində də rusiyalı rəqibini məğlub edərək kəmər qazanıb. O, ötən il ərzində müxtəlif ölkələrdə təşkil olunan MMA və Muay Thai yarışlarında iştirak edərək yüksək nəticələr əldə edib.

www.24news.ge