Haqqımızda Reklam
04 
Nybr
2026
19:53
6
0
448

Son 9 ayda Avropa İttifaqı ölkələrindən 2 156 Gürcüstan vətəndaşı geri qaytarılıb

2026-cı ilin yanvar-sentyabr ayları ərzində readmissiya çərçivəsində Avropa İttifaqı ölkələrindən Gürcüstana 2 156 vətəndaş geri qaytarılıb. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin statistik məlumatlarında bildirilir. Məlumata əsasən, 2026-cı ilin iyul-sentyabr aylarında Avropa İttifaqı ölkələrindən Gürcüstana 745 nəfərin geri qaytarılmasına razılıq verilib. Ümumilikdə, üçüncü rübdə readmissiya ilə bağlı 753 müraciətə baxılıb və onlardan yalnız 8-i üzrə mənfi qərar qəbul edilib. Rəsmi statistikaya görə, son üç ayda ən çox Gürcüstan vətəndaşı Almaniyadan geri qaytarılıb. Bu göstəriciyə görə İrlandiya və Fransa növbəti yerlərdə qərarlaşıb. İyul-sentyabr aylarında Gürcüstan vətəndaşlarının geri qaytarıldığı Avropa ölkələri üzrə göstəricilər: - Almaniya – 349 nəfər; - İrlandiya – 148 nəfər; - Fransa – 96 nəfər; - Yunanıstan – 36 nəfər; - Böyük Britaniya – 32 nəfər; - Polşa – 19 nəfər; - İspaniya – 19 nəfər; - İsveçrə – 16 nəfər; - İtaliya – 10 nəfər. Bundan əlavə, İsveç və Belçikadan 5, Bolqarıstandan 3, Avstriyadan isə 2 Gürcüstan vətəndaşı geri qaytarılıb. Qeyd edək ki, 2025-ci ildə Avropa ölkələrindən readmissiya çərçivəsində həmin ölkələrdə qanunsuz yaşayan 3 437 Gürcüstan vətəndaşı geri qaytarılıb. Xatırladaq ki, Gürcüstanla Avropa İttifaqı arasında “Qanunsuz yaşayan şəxslərin readmissiyası haqqında” saziş 2011-ci il martın 1-də qüvvəyə minib. Saziş Avropa İttifaqı ərazisində qanunsuz yaşayan Gürcüstan vətəndaşlarının ölkəyə qaytarılmasını nəzərdə tutur. Eyni zamanda, müəyyən edilmiş şərtlər əsasında üçüncü ölkə vətəndaşlarının da Gürcüstana qaytarılması mümkündür.

www.24news.ge