Haqqımızda Reklam
04 
Nybr
2026
18:42
6
1
434

Bayramovadan Marneuli meriyasında çalışan qadına qarşı zorakılıq iddiası ilə bağlı açıqlama

Hüquq müdafiəçisi Samirə Bayramova sosial media hesabında Marneuli meriyasında çalışan qadının həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qaldığını iddia edib. Onun sözlərinə görə, hadisə birbaşa meriya binasında baş verib. 24News.ge xəbər verir ki, Bayramova bu barədə paylaşımında hadisənin Marneuli bələdiyyəsinin “Çəhrayı Oktyabr” kampaniyasına hazırlaşdığı dövrə təsadüf etdiyini vurğulayıb. Hüquq müdafiəçisi iddia edib ki, ötən ilin eyni dövründə Marneuli Sakrebulosu sədrinin müavininin oğlu azərbaycanlı gəncə Azərbaycan dilində danışdığı üçün fiziki zorakılıq göstərib. Bayramovanın sözlərinə görə, hazırda həyat yoldaşına qarşı zorakılıqda ittiham olunan şəxs də həmin şəxsdir. O, ötənilki hadisədən sonra zorakılıq törətməkdə ittiham olunan şəxsin atasının və polis əməkdaşı olan qardaşının nüfuzundan istifadə edərək məsuliyyətdən yayındığını bildirib: "Marneuli meriyasında çalışan qadın həyat yoldaşı tərəfindən fiziki zorakılığa məruz qalıb. Hadisənin birbaşa meriyanın binasında baş verdiyi bildirilir. Bu, bələdiyyənin 'Çəhrayı Oktyabr' kampaniyasına hazırlaşdığı bir vaxta təsadüf edir. Ötən ilin eyni dövründə Marneuli Sakrebulosunun sədr müavininin oğlu azərbaycanlı gəncə Azərbaycan dilində danışdığı üçün fiziki zorakılıq göstərib, indi isə həmin şəxsin öz həyat yoldaşına qarşı zorakılıq törətdiyi bildirilir. Ötən il baş verən hadisə zamanı zorakılıq törədən şəxs atasının və polis əməkdaşı olan qardaşının nüfuzu sayəsində məsuliyyətdən yayınıb. Bələdiyyənin qadınlara qarşı zorakılıq məsələsində mövqeyi sual doğurur. Gözəl kampaniyalar və ictimai bəyanatlara baxmayaraq, real problemlər hələ də həllini tapmayıb. Sakrebulonun qadın deputatları və qadın hüquqları ilə məşğul olan şəxslər haradadır? Hadisədən merin və Sakrebulonun sədrinin də xəbərdar olduğu bildirilir. Gürcüstan Daxili İşlər Nazirliyinə ünvanlanan sual isə belədir: Zorakılıq törədən şəxsin ailə üzvünün polis əməkdaşı olması onun məsuliyyətdən yayınması və baş verənlərin gizlədilməsi üçün əsasdırmı? Zərərçəkmiş qadın qayınatasının nüfuzuna və əlaqələrinə tab gətirə bilməyib. Öz hüquqlarını və ləyaqətini qorumaq uğrunda mübarizəni davam etdirə bilməyib, qorxudulub və susdurulub. Onun yazılı müraciətinə belə baxılmayıb. Nino Tsilosaniyə [Parlamentin vitse-spikeri] də müraciət edilərək sual ünvanlanıb: Vəzifəli şəxslərin həyat yoldaşları və ailə üzvləri zorakılığa, təzyiqə və ədalətsizliyə daha nə qədər dözməlidirlər? Yalnız zorakılıq törədən şəxsin nüfuzlu ailəsi və əlaqələri olduğuna görə? Ən utancverici məqam isə bu hadisə qarşısında bütün meriyanın susmasıdır. Meriyada yüksək vəzifədə çalışan şəxslə yanaşı, onun 20-30-a yaxın qohumunun da işlə təmin olunduğu bildirilir", - deyə Samirə Bayramova qeyd edib.

www.24news.ge