Haqqımızda Reklam
04 
Nybr
2026
19:18
3
5
1263

Gürcüstanda hava kəskin dəyişir: Yağış, fırtına və soyuq gözlənilir

Noyabrın 7-dək Gürcüstanda qeyri-sabit hava şəraiti hökm sürəcək. 24News.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb. Məlumata əsasən, qeyd olunan tarixədək ölkə ərazisində yağış, şimşək və güclü külək gözlənilir. Dənizdə isə 4–5 bal gücündə fırtına olacağı ehtimal edilir. Havanın temperaturu kəskin şəkildə aşağı düşəcək. Gündüz saatlarında temperaturun +9, +10, gecələr isə +4, +6 dərəcə olacağı gözlənilir. Agentliyin məlumatında bildirilir ki, gözlənilən güclü yağışlar çaylarda suyun səviyyəsinin artmasına və daşqınlara, dağlıq ərazilərdə sürüşmə və sel hadisələrinin aktivləşməsinə, həmçinin şəhərlərin ayrı-ayrı hissələrində subasmaya səbəb ola bilər.

www.24news.ge