Haqqımızda Reklam
04 
Nybr
2026
18:28
10
0
237

Bolnisidə Vüqar İsayev komissiya sədri vəzifəsindən azad edilib

Bu gün Bolnisi bələdiyyə Məclisinin növbədənkənar iclası keçirilib. İclasa Məclisin sədri Giorgi Svanidze rəhbərlik edib. 24News.ge xəbər verir ki, iclasda gündəlik layihəsi təsdiqlənib. Gündəlikdə Bolnisi bələdiyyə Məclisinin Əmlakın İdarə Edilməsi və İqtisadi Məsələlər Komissiyasının sədri Vüqar İsayevin vəzifəsindən azad edilməsi məsələsi müzakirəyə çıxarılıb. Gizli səsvermənin nəticələrinə əsasən, Məclis üzvlərinin əksəriyyəti Vüqar İsayevin komissiya sədri vəzifəsindən azad edilməsini dəstəkləyib. Xatırladaq ki, Vüqar İsayev bir qadının iddiaları əsasında seksual xarakterli təkliflər irəli sürmək, qadını təqib etmək, ona qarşı fiziki zorakılıq tətbiq etmək və ölümlə hədələməkdə ittiham olunmuşdu.

www.24news.ge