Haqqımızda Reklam
13 
Nybr
2026
22:09
3
0
88

Mamuka Xazaradze Cənubi Amerikada qəzaya düşüb - qabırğaları sınıb

“Lelo – Güclü Gürcüstan” partiyasının lideri Mamuka Xazaradze Cənubi Amerikada yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb. 24News.ge xəbər verir ki, partiyadan verilən məlumata görə, hadisə təxminən 4 gün əvvəl baş verib. Qəza nəticəsində Mamuka Xazaradzenin qabırğaları sınıb. Partiyanın məlumatına əsasən, hazırda onun vəziyyəti yaxşıdır və reabilitasiyası davam edir.

www.24news.ge