Haqqımızda Reklam
13 
Nybr
2026
19:52
2
1
247

77 yaşlı anasını öldürməyə cəhd edən şəxs saxlanılıb (VİDEO)

Kaxeti Polis Departamentinin əməkdaşları ailə üzvünü ağırlaşdırıcı hallarda qəsdən öldürməyə cəhd etməkdə ittiham olunan bir nəfəri saxlayıblar. 24News.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Telavi şəhərində mübahisə zəminində anasını soyuq silahla yaralayıb və hadisə yerindən qaçıb. Yaralı qadın tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib. Həkimin sözlərinə görə, o, artıq əməliyyat olunub və vəziyyəti stabildir. Yerli sakinlərin sözlərinə görə, oğulun spirtli içki aludəçisi olması səbəbindən ana ilə oğul arasında tez-tez münaqişələr yaşanırmış. Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində şübhəlini hadisədən qısa müddət sonra Telavidə saxlayıblar. Cinayətdə istifadə olunan silah maddi sübut kimi götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 11¹-19-109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge