Haqqımızda Reklam
13 
Nybr
2026
20:16
4
1
69

Gürcüstan da daxil olmaqla 40-a yaxın ölkə Avropanın təhlükəsizliyi ilə bağlı bəyannamə imzalayıb

Gürcüstan da daxil olmaqla, 40-a yaxın ölkə Avropanın təhlükəsizliyinin əsas prinsiplərinə dair bəyannaməyə imza atıb. 24News.ge xəbər verir ki, sənədi imzalayan dövlətlər Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha təsdiqləyiblər. Bəyannamədə Ukrayna üçün möhkəm və etibarlı təhlükəsizlik zəmanətlərinin təmin edilməsinin vacibliyi vurğulanıb. Sənədi imzalayan ölkələr gələcəkdə Avropada təcavüzün təkrarlanmasının qarşısını almaq məqsədilə bu cür zəmanətlər vermək niyyətində olduqlarını bildiriblər. Sənəddə qeyd olunur ki, Rusiyanın hibrid kampaniyaları və Ukraynaya dəstəyin zəiflədilməsinə yönəlmiş cəhdləri imzaçı dövlətlərin Ukraynaya sadiqliyini və dəstək qərarlılığını daha da gücləndirəcək. Bəyannaməyə əsasən, Ukraynada sülhə nail olmaq yolu Ukraynanın özünün iştirakı ilə müəyyən edilməli, Avropanın təhlükəsizliyi ilə bağlı istənilən məsələ isə avropalıların iştirakı ilə müzakirə olunmalıdır. İmzaçı dövlətlər həmçinin Ukraynanın təhlükəsizliyinin Avro-Atlantik təhlükəsizliyin ayrılmaz hissəsi olduğunu və Avropanın gələcək strateji sabitliyinin Ukraynadakı müharibənin başa çatmasından asılı olacağını vurğulayıblar. Bəyannaməni Albaniya, Andorra, Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Monteneqro, Niderland, Şimali Makedoniya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San-Marino, Slovakiya, Sloveniya, İspaniya, İsveç, Ukrayna və Böyük Britaniya imzalayıb.

www.24news.ge