Haqqımızda Reklam
13 
Nybr
2026
19:54
12
4
377

Gürcüstan təmsilçisi, Nurəddin Mustafayev olimpiya ikincisi olub (FOTO)

Seneqalda keçirilən IV Gənclər Yay Olimpiya Oyunlarında Gürcüstanın çimərlik güləşi üzrə milli komandası üç medal əldə edib. 24News.ge xəbər verir ki, noyabrın 8-də Luka Maxaradze (70 kq) və Nurəddin Mustafayev (90 kq) gümüş medal qazanıblar. Bir gün əvvəl isə David Mdzavaşvili (60 kq) bürünc medalı əldə edib. Maxaradze və Mustafayev qrup mərhələsində keçirdikləri hər üç görüşdə qələbə qazanıblar. Yarımfinalda Maxaradze iranlı Kiyarəş Torabiyə, Mustafayev isə braziliyalı Alan Smit de Souza Bezeraya qalib gəlib. Final qarşılaşmalarında hər iki gürcüstanlı idmançı azərbaycanlı rəqiblərinə məğlub olub. Luka Maxaradze Tunar Quliyevə, Nurəddin Mustafayev isə Elgün Kərimliyə uduzub.

www.24news.ge