Haqqımızda Reklam
20 
Nybr
2026
02:21
2
3
562

Şeyx Poniçalada partlayış baş verən əraziyə baş çəkib (FOTO)

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) Şeyxi Hacı Faiq Nəbiyev idarənin din xadimləri və əməkdaşları ilə birlikdə Tbilisinin Poniçala qəsəbəsində partlayış baş verən əraziyə baş çəkib. 24News.ge xəbər verir ki, Şeyx zərərçəkmiş ailələrə Allahdan səbir və dözüm diləyib. O, dağıntılar altından sağ çıxarılaraq xəstəxanaya yerləşdirilən şəxslərə şəfa, itkin düşənlərin isə sağ-salamat tapılmasını arzulayıb. Qeyd edək ki, noyabrın 19-da səhər saat 09:00 radələrində Poniçalada yerləşən yaşayış binasında ehtimal olunan təbii qaz sızması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində binaya ciddi ziyan dəyib. Dağıntılar altından 6 nəfərin meyiti çıxarılıb.

www.24news.ge