Haqqımızda Reklam
01 
Nybr
2026
10:26
7
2
641

Qardabani Futbol Akademiyası “Qalatasaray” Futbol Akademiyasını iki oyunda məğlub edib (FOTO)

Oktyabrın 31-də Qardabani Mərkəzi Stadionunda Tbilisidə fəaliyyət göstərən “Qalatasaray” Futbol Akademiyası ilə Qardabani Futbol Akademiyası arasında dostluq görüşləri keçirilib. 24News.ge xəbər verir ki, qonaq komanda Qardabaniyə iki yaş qrupu üzrə futbolçularla gəlib. İlk qarşılaşmada 2012–2013-cü il təvəllüdlü futbolçular mübarizə aparıblar. Görüş Qardabani Futbol Akademiyasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. İkinci oyunda isə 2013–2014-cü il təvəllüdlü futbolçular meydana çıxıblar. Qonaq komandanın heyətində 2015–2016-cı il təvəllüdlü uşaqlar da yer alıb. Bu qarşılaşmada da Qardabani Futbol Akademiyası rəqibini 15:1 hesabı ilə məğlub edib. Qardabani Futbol Akademiyasının direktoru Heydər Əliyev akademiyanın yaranma tarixi, fəaliyyəti və gələcək planları barədə məlumat verib. Onun sözlərinə görə, akademiya 20 sentyabr 2024-cü ildə təsis edilib. Hazırda akademiyada 2008–2021-ci il təvəllüdlü 100-dən çox uşaq altı müxtəlif yaş qrupu üzrə futbol məşqlərinə cəlb olunub. Direktor bildirib ki, akademiyanın əsas məqsədi gənc futbolçuların yetişdirilməsi, onların idman bacarıqlarının inkişaf etdirilməsi və gələcəkdə peşəkar futbolçu kimi formalaşmalarına dəstək olmaqdır. Akademiyada uşaqların futbol hazırlığı ilə yanaşı, intizamlı, komanda ruhuna malik idmançılar kimi yetişməsinə də xüsusi diqqət yetirilir.

www.24news.ge