Haqqımızda Reklam
01 
Nybr
2026
21:57
1
0
95

Tbilisidə Rike–Narıkala kanat yolunun qış iş qrafiki açıqlanıb

Tbilisidə Rike və Narıkala qalasını birləşdirən kanat yolu qış iş rejiminə keçib. 24News.ge xəbər verir ki, Tbilisi Nəqliyyat Şirkətinin məlumatına əsasən, noyabrın 1-dən etibarən kanat yolu hər gün saat 10:00-dan 22:00-dək sərnişinlərə xidmət göstərəcək. Əvvəlki qrafikə əsasən, kanat yolu gecə saat 00:00-dək fəaliyyət göstərirdi. Qeyd olunub ki, yeni iş qrafiki 2027-ci il iyunun 1-dək qüvvədə olacaq.

www.24news.ge