Haqqımızda Reklam
31 
Okt
2026
17:37
2
2
668

Gürcüstanda avtomobillərin sayı 2 milyonu ötüb - regionlar üzrə say açıqlandı

2026-cı ilin üçüncü rübünün məlumatlarına əsasən, Gürcüstanda qeydiyyatda olan avtomobillərin ümumi sayı 2 010 195-ə çatıb. 24News.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidmətinin (Geostat) məlumatında bildirilib. Məlumata görə, ölkədə qeydiyyatda olan avtomobillərin təxminən yarısı paytaxt Tbilisinin payına düşür. Belə ki, paytaxtda 984 369 avtomobil qeydiyyata alınıb. Qalan avtomobillər isə ölkənin digər regionları üzrə bölüşdürülüb. Geostatın məlumatına əsasən, avtomobillərin regionlar üzrə sayı aşağıdakı kimidir: - Tbilisi – 984 369; - İmereti – 211 660; - Kvemo Kartli – 163 878; - Kaxeti – 152 383; - Acarıstan Muxtar Respublikası – 129 254; - Sameqrelo-Zemo Svaneti – 108 193; - Şida Kartli – 96 001; - Samtsxe-Cavaxeti – 67 152; - Mtsxeta-Mtianeti – 45 177; - Quriya – 40 778; - Raça-Leçxumi və Kvemo Svaneti – 11 350.

www.24news.ge