Haqqımızda Reklam
01 
Nybr
2026
11:45
3
2
118

Tbilisidə IMMAF dünya çempionatı başlayır

Bu gün paytaxt Tbilisidə IMMAF dünya çempionatına start veriləcək. 24News.ge xəbər verir ki, Beynəlxalq Qarışıq Döyüş Sənətləri Federasiyasının (IMMAF) təşkilatçılığı ilə keçirilən dünya çempionatı noyabrın 1-dən 7-dək davam edəcək. Çempionata 60-dan çox ölkədən 820-dən artıq idmançı qatılacaq. İştirakçılar qadınlar və kişilər üzrə müxtəlif çəki dərəcələrində mübarizə aparacaqlar. İlk gün komandaların qeydiyyatı, qaydalar üzrə brifinq və püşkatma keçiriləcək. Döyüşlər noyabrın 2-də başlayacaq. Noyabrın 3-də 1/16 final, noyabrın 4-də 1/4 final, noyabrın 5-də yarımfinal qarşılaşmalarının keçirilməsi nəzərdə tutulub. Noyabrın 6-da 18–20 yaşlı idmançılar arasında, noyabrın 7-də isə böyüklər arasında final döyüşləri keçiriləcək.

www.24news.ge