Haqqımızda Reklam
31 
Okt
2026
06:51
2
1
116

Tramp: İran danışıqları davam etdirmək istəyir, bizim isə vaxtımız....

ABŞ prezidenti Donald Tramp İranın danışıqları davam etdirmək istədiyini və Vaşinqtonun bunun üçün kifayət qədər vaxtının olduğunu bildirib. 24News.ge xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb. ABŞ prezidenti İranla münaqişənin ənənəvi müharibə olmadığını vurğulayıb. Onun sözlərinə görə, İranla müharibəyə çəkilən xərclər Venesueladan əldə olunan gəlirlərlə kompensasiya edilir və ABŞ bu ölkədən xərclədiyindən dəfələrlə çox vəsait əldə edir. “Onlarla danışıram. Onlar danışmaq istəyirlər və danışıqlar davam edir. Lakin onlar hərbçilərinə və polislərinə maaş ödəmirlər. Böyük problemlərlə üzləşiblər. Bizim vaxtımız var. Bu, müharibədir, amma adi müharibə deyil. Biz çox az vəsait xərcləyirik. Bəziləri pul xərcləndiyini deyirdi. Bildirmək istəyirəm ki, xərclədiyimiz vəsaiti Venesuela adlanan yerdən əldə etmişik və oradan xərclədiyimizdən on dəfə çox vəsait qazanmışıq. Mən nüvə silahı təhlükəsini aradan qaldırmaq üçün çox pul xərcləmişəm və bunu bacarmışıq. İranda xərclədiyimiz vəsait isə Venesuelada gördüyümüz işlərdən əldə etdiklərimizlə kompensasiya olunur. Söhbət yüz milyardlarla dollardan gedir. Biz xərclədiyimizdən qat-qat çox əldə etmişik, amma bu barədə danışmırlar. Buna görə də mətbuat konfranslarını sevirəm — başqaları unudanda bunları xatırlada bilirəm”, — deyə Tramp bildirib.

www.24news.ge