Haqqımızda Reklam
30 
Okt
2026
20:03
4
1
1323

6-cı sinif şagirdi sinif yoldaşını yaralayıb

Kobuleti şəhərində yerləşən dövlət məktəblərindən birində şagirdlər arasında insident baş verib. 24News.ge xəbər verir ki, hadisə zamanı 6-cı sinif şagirdi sinif yoldaşına iti alətlə xəsarət yetirib. Məlumata görə, xəsarət alan yeniyetməyə hadisə yerində ilkin tibbi yardım göstərilib. Hadisə ilə bağlı Kobuleti Təhsil Resurs Mərkəzi məlumatlandırılıb. İnsidentin digər təfərrüatları hələlik məlum deyil.

www.24news.ge