Haqqımızda Reklam
30 
Okt
2026
21:49
6
2
288

5 müxalifət partiyasının qadağan edilməsi ilə bağlı məhkəmə prosesi sual-cavab mərhələsinə keçir

5 müxalifət partiyasının qadağan edilməsi ilə bağlı “Gürcü Arzusu” deputatlarının Konstitusiya Məhkəməsinə təqdim etdiyi iddianın izahatlar mərhələsi başa çatıb. 24News.ge xəbər verir ki, Konstitusiya Məhkəməsi növbəti mərhələdə tərəflərə suallar ünvanlayacaq. Bu proses noyabrın 9-dan başlayacaq. Məhkəmənin növbəti iclası noyabrın 9-da saat 14:00-da keçiriləcək. Dinləmələrin noyabrın 9, 10, 11, 12 və 13-də davam etdirilməsi nəzərdə tutulur. Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraianın sözlərinə görə, ilk olaraq iddiaçılara, daha sonra isə cavabdeh tərəfə suallar veriləcək: “Bütün sualların öz əhəmiyyəti olacaq. Həm iddiaçı, həm də cavabdeh tərəfin verdiyi cavablar məhkəmə üçün aydın olmalıdır. Buna görə də daha anlaşıqlı və daha az səs-küylü üsula üstünlük verəcəyik”, – deyə Revaz Nadaraia bildirib.

www.24news.ge