Haqqımızda Reklam
31 
Okt
2026
06:39
4
0
235

ABŞ diplomatlarını Səudiyyə Ərəbistanından çıxarır

ABŞ Dövlət Departamenti diplomatlarının bir hissəsini və səfirlik əməkdaşlarının ailə üzvlərini Səudiyyə Ərəbistanından çıxarır. 24News.ge xəbər verir ki, bununla bağlı məlumat Dövlət Departamentinin rəsmi saytında dərc olunub. Məlumata görə, 2026-cı il oktyabrın 23-dən etibarən ABŞ Dövlət Departamenti təhlükəsizlik təhdidləri ilə əlaqədar xüsusi əhəmiyyətli funksiyaları yerinə yetirməyən hökumət əməkdaşlarına və onların ailə üzvlərinə Səudiyyə Ərəbistanını tərk etməyi tapşırıb. Qurumun açıqlamasında bildirilir ki, İran tərəfindən dəstəklənən husilər Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatlar həyata keçirir. Bu əməliyyatlar çərçivəsində mülki hava limanlarına və digər kritik infrastruktura zərbələr endirilir. Nəticədə mülki əhali arasında itkilər yaranır və nəqliyyat əlaqələrində ciddi fasilələr baş verir. Dövlət Departamenti həmçinin münaqişənin birbaşa hərbi əməliyyatlar zonasından kənara yayılaraq sürətlə kəskinləşə biləcəyi barədə xəbərdarlıq edib. Bununla yanaşı, bəzi analitiklər ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatlara hazırlaşdığını və regiondakı diplomatik heyətin bir hissəsinin geri çağırılmasının bununla əlaqəli ola biləcəyini iddia edirlər.

www.24news.ge