Haqqımızda Reklam
27 
Okt
2026
13:06
1
4
164

Marneuli Sakrebulosu üç məsələ ilə bağlı qərar qəbul edib (VİDEO)

Marneuli Munisipaliteti Sakrebulosunun sədri Amiran Qiorqadzenin rəhbərliyi ilə növbəti iclas keçirilib. 24News.ge xəbər verir ki, iclasda gündəlikdə yer alan üç məsələ müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. Gündəlikdəki ilk məsələ Milli Mükafata təqdim olunan 10 pedaqoqun həvəsləndirilməsi ilə bağlı olub. Sakrebulo üzvləri hər bir pedaqoqa 2500 lari məbləğində mükafat verilməsi barədə qərar qəbul ediblər. Beləliklə, bu məqsədlə ümumilikdə 25 000 lari ayrılacaq. İkinci məsələ Marneuli meriyasının əməkdaşları üçün nəqliyyat və rabitə kartlarının limitlərinin müəyyənləşdirilməsi ilə bağlı olub. Bildirilib ki, bu dəfə limitlərin ümumi artırılması nəzərdə tutulmur, yalnız struktur bölmələri və vəzifələr üzrə daxili yenidən bölgü aparılır. Gündəlikdəki üçüncü məsələ isə Sakrebulo üzvlərinin seçicilər qarşısında hesabat təqdim etməsi üçün müvafiq formanın təsdiqi olub. Mövzu ilə bağlı daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik:

www.24news.ge