Haqqımızda Reklam
27 
Okt
2026
10:57
5
1
136

24News Medianın sosial media hesablarında izləyici sayı 238 minə çatıb

Dəqiq, vicdanlı və qərəzsiz mövqeni özünə şüar seçən 24News Media regionda geniş auditoriyanın etimadını qazanmaqda davam edir. Medianın sosial media platformalarındakı izləyicilərinin ümumi sayı 238 minə çatıb. Hazırda 24News Medianı müxtəlif sosial media platformalarında minlərlə insan izləyir. Belə ki, media qurumunun TikTok hesabında 100 min, Facebook səhifəsində 88 min, YouTube kanalında 30 min, Instagram hesabında isə 20 min izləyicisi var. Bu göstəricilər 24News Media-ya olan marağın və auditoriyanın etimadının mühüm ifadəsidir. Media qurumu bundan sonra da operativ, dəqiq və obyektiv informasiya təqdim etmək, cəmiyyəti maraqlandıran məsələləri işıqlandırmaq və izləyiciləri ilə etibarlı informasiya əlaqəsini daha da gücləndirmək istiqamətində fəaliyyətini davam etdirəcək. Qeyd edək ki, 2018-ci ildən fəaliyyət göstərən 24News.ge xəbər portalı və 24News TV internet televiziyası regionun informasiya məkanında özünəməxsus yer tutur. Media qurumu Azərbaycan və gürcü dillərində fəaliyyət göstərərək ictimaiyyəti ölkədə və regionda baş verən hadisələr barədə məlumatlandırır, yerli əhalini narahat edən sosial-iqtisadi problemləri gündəmə gətirir. Bununla yanaşı, 24News Media müxtəlif mədəni proqramlar və layihələr həyata keçirərək milli-mədəni dəyərlərin qorunmasına, yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına töhfə verir. Fəaliyyət göstərdiyi müddət ərzində media qurumu yalnız informasiya yayımı ilə kifayətlənməyib, eyni zamanda regionda media sahəsində yeni kadrların yetişdirilməsində və gənclərin jurnalistikaya marağının artırılmasında da mühüm rol oynayıb. 24News Media-ya göstərilən etimada görə bütün izləyicilərimizə təşəkkür edirik! Bu etimad bizi daha məsuliyyətli, daha operativ və daha keyfiyyətli fəaliyyət göstərməyə ruhlandırır.

www.24news.ge