Haqqımızda Reklam
27 
Okt
2026
00:35
2
1
164

Rusiyadan Gürcüstana fitosanitar nəzarət üzrə nümayəndə heyəti gələcək

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndə heyəti noyabrın 2-dən etibarən Gürcüstana səfər edəcək. 24News.ge xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un yaydığı məlumatda bildirilib. Məlumata əsasən, Gürcüstanın Milli Qida Agentliyinin dəvəti ilə rusiyalı mütəxəssislər Gürcüstandan Rusiyaya ixrac edilən tumlu və çəyirdəkli meyvələrin fitosanitar sertifikatlaşdırılması sistemi ilə tanış olacaqlar. Səfər çərçivəsində Rusiyaya ixrac edilən bitki mənşəli məhsullarda pestisidlərin və aqrokimyəvi maddələrin qalıq miqdarını araşdıran laboratoriyada auditin keçirilməsi də planlaşdırılır. “Rosselxoznadzor”un məlumatına görə, səfərin məqsədi karantin nəzarətinə aid məhsullarla bağlı vahid nəzarət yanaşmalarının hazırlanmasıdır. Qurumun məlumatına əsasən, 2026-cı il oktyabrın 24-dək Rusiya Gürcüstandan ümumilikdə 70 500 ton meyvə və tərəvəz məhsulları idxal edib.

www.24news.ge