Haqqımızda Reklam
26 
Okt
2026
21:07
5
0
227

“Gaxaria Gürcüstan naminə” partiyası qadağan olunarsa, deputat mandatlarından imtina edəcək

“Gaxaria Gürcüstan naminə” partiyası Konstitusiya Məhkəməsi tərəfindən qadağan ediləcəyi təqdirdə parlamentdəki deputat mandatlarını tərk edəcək. 24News.ge xəbər verir ki, bu barədə partiyanın deputatı Şalva Kereselidze jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, əgər Konstitusiya Məhkəməsi partiyanın fəaliyyətini qadağan edərsə, deputat mandatlarının heç bir dəyəri və qüvvəsi qalmayacaq: “Mandatların heç biri majoritar deyil, bunlar birbaşa ‘Gaxaria Gürcüstan naminə’ partiyasının əldə etdiyi proporsional mandatlardır. Əgər partiyamız qadağan edilərsə və siyasi fəaliyyətinə məhdudiyyət qoyularsa, düşünürəm ki, partiyanın qazandığı mandatların heç bir qüvvəsi və dəyəri olmayacaq. Partiyamızın siyasi fəaliyyəti qadağan edilərsə, təbii ki, parlamentdə də bizim üçün heç bir iş qalmayacaq və bu mandatların heç bir əhəmiyyəti olmayacaq”, – deyə Kereselidze bildirib. Jurnalistlərin “Yəni, mandatlarınızı tərk edəcəksiniz?” sualına deputat “Bəli, təbii ki”, – deyə cavab verib.

www.24news.ge