Haqqımızda Reklam
21 
Okt
2026
16:21
2
8
1060

Kobaxidze Qaribaşvilinin David Qareci ilə bağlı açıqlamasına münasibət bildirib

Baş nazir İrakli Kobaxidze keçmiş baş nazir İrakli Qaribaşvilinin David Qareci məsələsi ilə bağlı yeni məktubunda səsləndirdiyi fikirlərə münasibət bildirib. 24News.ge xəbər verir ki, Kobaxidze Qaribaşvilinin açıqlamalarının artıq heç kimin marağında olmadığını qeyd edib. Kobaxidze Qaribaşvilinin məsələ ilə bağlı atılan addımları sadalamasına belə cavab verib: “Görünür, məsələni həll edib, mənim isə xəbərim olmayıb”. Baş nazir qeyd edib ki, mühüm məsələlərin həlli üçün hər kəs əlindən gələni edir. Onun sözlərinə görə, Gürcüstan Azərbaycan və Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərini mütəmadi olaraq müzakirə edir: “Biz həm azərbaycanlı, həm də erməni dostlarımızla sərhədlərin demarkasiyası və delimitasiyası barədə daim danışırıq. Bu, mühüm məsələlərdən biridir. Həm Azərbaycan-Gürcüstan, həm də Ermənistan-Gürcüstan istiqamətində tərəflər bu prosesin fəal şəkildə davam etdirilməsinin vacibliyi ilə razılaşırlar. Ümid edirik ki, bu istiqamətdə əhəmiyyətli irəliləyişə nail olacağıq. İşlər fəal şəkildə davam etdirilir. Onun həll edə bilmədiyini ümid edirik ki, biz həll edə biləcəyik”, – deyə Kobaxidze bildirib. Qeyd edək ki, Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili yeni məktubunda David Qareci məsələsinə də toxunub və baş nazir, eləcə də müdafiə naziri olduğu dövrlərdə bu istiqamətdə görülən işlərdən danışıb.

www.24news.ge