Haqqımızda Reklam
21 
Okt
2026
11:51
8
1
770

Xüsusi əməliyyat keçirilib, 142 nəfər saxlanılıb (VİDEO)

Narkotik cinayətlərinə qarşı keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində 142 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən 62-sinin müxtəlif formalarda narkotik vasitələrin satışı ilə məşğul olduğu bildirilir. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qurumun məlumatına görə, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var. Nazirliyin açıqlamasında bildirilir ki, intensiv istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin narkotik vasitələrin qanunsuz satışı ilə sistematik şəkildə məşğul olduqlarını təsdiqləyən sübutlar əldə edilib. İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər narkotik vasitələrin satışını müxtəlif üsullarla həyata keçiriblər. Onlar narkotikləri birbaşa, əlbəəl təhvil verməklə yanaşı, internet tətbiqləri və sosial şəbəkələrdən də istifadə ediblər. Bundan əlavə, narkotik vasitələr əvvəlcədən müəyyən edilmiş yerlərdə gizlədilib, daha sonra isə maraqlanan şəxslərə həmin yerlərin koordinatları və fotoşəkilləri göndərilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə qərarı əsasında həyata keçirilən nəzarətli alışlar, eləcə də saxlanılan şəxslərin üzərində, yaşayış evlərində və avtomobillərində aparılan axtarışlar zamanı külli miqdarda narkotik və psixotrop maddələr aşkarlayıblar. Narkotik vasitələr təqsirləndirilən şəxslərin göstərdikləri yerlərdən də götürülüb. Aşkarlanan maddələr arasında kokain, metadon, heroin, alfa-PVP, amfetamin, preqabalin, marixuana və digər narkotik vasitələr var. Əməliyyatlar zamanı polis əməkdaşları narkotiklərin qablaşdırılması üçün materiallar, elektron tərəzilər, narkotiklərin qanunsuz satışından əldə edildiyi ehtimal olunan pul vəsaiti, qanunsuz əldə edilmiş odlu silahlar və döyüş sursatları da götürüblər. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cı ter, 260-cı kvater, 261-ci, 25-260-cı, 265-ci prim və 236-cı maddələri ilə istintaq aparılır. Sözügedən maddələrə əsasən, 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Daxili İşlər Nazirliyi narkotik cinayətlərinə qarşı mübarizənin ölkə üzrə intensiv şəkildə davam etdiriləcəyini bildirib. Qurumun əsas məqsədinin narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak edən şəxslərin müəyyənləşdirilməsi, narkotik satışının qarşısının alınması və cinayətdə iştirak edən şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb edilməsi olduğu vurğulanıb.

www.24news.ge