Haqqımızda Reklam
21 
Okt
2026
15:09
7
0
289

Müxalifət partiyalarının qadağan olunması ilə bağlı məhkəmə prosesi başlayıb (VİDEO)

Gürcüstan Konstitusiya Məhkəməsində hakimiyyət komandasının beş müxalif siyasi partiyanın qadağan edilməsi ilə bağlı təqdim etdiyi iddianın müzakirəsinə başlanılıb. İşə Konstitusiya Məhkəməsinin yeddi hakimdən ibarət plenumunun tərkibində baxılır. 24News.ge xəbər verir ki, Batumi şəhərində Konstitusiya Məhkəməsinin binası qarşısında müxalifət partiyalarının nümayəndələri və vətəndaşlar toplaşıblar. Batumidən məlumat verən “Lelo – Güclü Gürcüstan” partiyasının bələdiyyə deputatı Aqil Mustafayev hazırda məhkəmə prosesinin davam etdiyini bildirib. Onun sözlərinə görə, müxalifət partiyalarının qadağan edilməsi cəhdi ölkədə konstitusion azadlıqlara qarşı yönəlmiş addımdır. Qeyd edək ki, oktyabrın 21-də Gürcüstan Konstitusiya Məhkəməsi beş müxalifət partiyasının konstitusiyaya zidd elan edilməsi, qadağan olunması və qeydiyyatlarının ləğvi ilə bağlı hakimiyyət komandasının təqdim etdiyi iddiaya baxmağa başlayıb. İş üzrə məhkəmə iclaslarının oktyabrın 21, 22 və 23-də keçirilməsi planlaşdırılıb. Mövzu ilə bağlı daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik:

www.24news.ge