Haqqımızda Reklam
11 
Okt
2026
21:56
2
4
655

Marneulidə 60 yaşlı kişi evdə ölü tapılıb

Marneuli şəhərinin 26 May küçəsində yerləşən yaşayış binasında 60 yaşlı kişi evdə ölü tapılıb. 24News.ge xəbər verir ki, kişi evdə tək olub. Yaxınları ondan xəbər ala bilmədikləri üçün müvafiq qurumlara müraciət ediblər. Hadisə yerinə gələn Fövqəladə Hallar Xidmətinin əməkdaşları qapını açdıqdan sonra kişinin meyitini aşkar ediblər. Mövcud məlumata əsasən, kişinin ölümünə ürəyin dayanmasının səbəb olduğu ehtimal edilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müvafiq tibbi ekspertizanın aparılması üçün ekspertiza mərkəzinə göndərilib.

www.24news.ge