Haqqımızda Reklam
11 
Okt
2026
20:43
3
5
355

Qazaxda Gürcüstan vətəndaşı TIR-ın sükanı arxasında vəfat edib

Azərbaycanın Qazax rayonunda 73 yaşlı Gürcüstan vətəndaşı L. Lanxava TIR-ın sükanı arxasında ölüb. 24News.ge xəbər verir ki, hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində qeydə alınıb. Məlumata görə, L. Lanxava ürək tutmasından vəfat edib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

www.24news.ge