Haqqımızda Reklam
17 
Sen
2026
16:06
2
3
488

Qabal kəndində baytarlıq apteki cərimələnib

Milli Qida Agentliyi Laqodexi bələdiyyəsinin Qabal kəndində fəaliyyət göstərən baytarlıq aptekini cərimələyib. 24News.ge xəbər verir ki, bu barədə qurumdan məlumat verilib. Agentliyin məlumatına görə, Kaxeti departamentinin əməkdaşları dövlət nəzarəti çərçivəsində fərdi sahibkar E.Q-ya məxsus baytarlıq aptekində yoxlama aparıblar. Yoxlama zamanı obyektdə istifadə müddəti başa çatmış baytarlıq preparatları aşkarlanıb. Həmçinin məhsulların etiketlənməsi qaydalarının pozulduğu müəyyən edilib. Milli Qida Agentliyi istehlakçıların hüquqlarının qorunması məqsədilə baytarlıq nəzarətinə tabe olan obyektlərdə yoxlamaların davam etdirildiyini bildirib. Agentlik istehlakçıları da pozuntular aşkar etdikləri halda 15 01 qaynar xəttinə məlumat verməyə çağırıb.

www.24news.ge