Haqqımızda Reklam
17 
Sen
2026
14:58
6
1
255

Marneulidən 5 veteran cüdoçu dünya çempionatında iştirak edəcək (VİDEO)

Marneulidən olan beş veteran cüdoçu — Sandro İakobaşvili, Zaza Davadze, Qiqla Tsipiani, Rza Abbasov və Emzar Kaldani — Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçiriləcək veteranlar arasında cüdo üzrə dünya çempionatında iştirak edəcəklər. 24News.ge xəbər verir ki, Marneuli meri Daur İsmailov veteran cüdoçularla görüşüb. Görüşdə mer yerli idmançıların dəstəklənməsinin və sağlam həyat tərzinin təbliğinin vacibliyini vurğulayıb və Munisipalitetin idmançıların beynəlxalq arenada iştirakına fəal şəkildə dəstək verməyə davam etdiyini bildirib. Qeyd edək ki, Veteran cüdoçuların dünya çempionatı sentyabrın 20-dən 24-dək Sarayevoda keçiriləcək. Beynəlxalq Cüdo Federasiyasının məlumatına görə, yarışda 65 ölkədən 1 300-dən çox idmançının iştirakı gözlənilir Mövzu ilə bağlı daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik:

www.24news.ge