Haqqımızda Reklam
17 
Sen
2026
13:29
6
9
515

Kobaxidze: "Gürcüstan İrana qarşı ikitərəfli sanksiyalar tətbiq etmir"

"Gürcüstan İrana qarşı heç bir ikitərəfli sanksiya tətbiq etmir və ölkə mövcud beynəlxalq sanksiya rejiminə uyğun hərəkət edir". 24News.ge xəbər verir ki, bu sözləri Baş nazir İrakli Kobaxidze İrana məxsus aviaşirkətlərin Gürcüstana uçuşlarının dayandırılması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən bildirib. Kobaxidzenin sözlərinə görə, Gürcüstan müxtəlif ölkələrə qarşı tətbiq edilən sanksiya rejimlərini nəzərə alır və müvafiq qərarları bu çərçivədə qəbul edir: “Biz İrana qarşı heç bir ikitərəfli sanksiya tətbiq etmirik. Bu, absurd və yanlış olardı. Biz müəyyən edilmiş sanksiya rejiminə uyğun hərəkət edirik”, – deyə baş nazir qeyd edib. Qeyd edək ki, ABŞ sentyabrın 8-də İranın aviasiya sektoruna qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiya siyahısına 27 İran aviaşirkəti daxil olmaqla, ümumilikdə 36 şirkət və qurum əlavə edilib. Onların arasında Gürcüstanla İran arasında uçuşlar həyata keçirən aviaşirkətlər də var. Məlumatlara görə, ABŞ tərəfindən sanksiyaya məruz qalan İran aviaşirkətlərinin Gürcüstana uçuşları sentyabrın 21-dən dayandırılacaq. Son reyslərin sentyabrın 20-də həyata keçirilməsi gözlənilir.

www.24news.ge