Haqqımızda Reklam
14 
Sen
2026
10:02
9
2
881

SON DƏQİQƏ! Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Gela Geladze vəzifəsindən istefa verib

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Gela Geladze vəzifəsindən istefa verib. 24News.ge xəbər verir ki, Geladze qərarı barədə özü sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, fəaliyyətini başqa dövlət qurumunda davam etdirəcək. Geladzenin sözlərinə görə, qərar siyasi komanda ilə məsləhətləşmələrdən sonra qəbul edilib. O, yeni vəzifəsində də ölkənin və cəmiyyətin maraqlarına xidmət edəcəyini bildirib. Geladze Dövlət Təhlükəsizliyi Xidmətində çalışdığı müddəti böyük məsuliyyət kimi qiymətləndirib və qurumun əməkdaşlarına peşəkarlıqlarına görə təşəkkür edib. O, həmçinin siyasi komandaya, xüsusilə partiyanın fəxri sədri Bidzina İvanişviliyə və Baş nazir İrakli Kobaxidzeyə göstərdikləri etimada görə təşəkkürünü çatdırıb. Məlumat üçün bildirək ki, Gürcüstan Parlamenti bu il aprelin 28-də Gela Geladzeni Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə 6 illik müddətə təsdiqləyib. Geladzedən əvvəl Dövlət Təhlükəsizlik Xidmətinə Mamuka Mdinaradze rəhbərlik edib. O da vəzifə müddəti başa çatmadan istefa verib. Parlament 2025-ci il sentyabrın 3-də Mdinaradzeni Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə seçib. Mdinaradze 2026-cı ilin aprelində vəzifəsini tərk edib. Bundan əvvəl isə “Gürcü Arzusu”nun nümayəndəsi Anri Oxanaşvili Dövlət Təhlükəsizlik Xidmətinə rəhbərlik edib. Onun da vəzifədə olduğu müddət qısa olub. Oxanaşvili təxminən 5 ay bu vəzifəni icra etdikdən sonra 2025-ci ilin avqustunda vaxtından əvvəl istefa verib.

www.24news.ge