Haqqımızda Reklam
01 
Sen
2026
22:49
3
1
619

Tbilisidə biznesmen yaşadığı mənzildə saxlanılıb

Biznesmen Tamaz Elizbaraşvili öz yaşadığı mənzildə saxlanılıb. 24News.ge xəbər verir ki, hüquq-mühafizə əməkdaşları Elizbaraşvilini qandallayaraq polis avtomobilinə mindiriblər. Hadisə yerində gərginlik də yaşanıb. Bundan əvvəl onun yaşadığı mənzildə axtarış aparılıb. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları evdə silah axtarıblar. Axtarış zamanı Elizbaraşvilinin vəkili də iştirak edib və prosesi sosial şəbəkədə canlı yayımlayıb. Lakin hüquq-mühafizə əməkdaşları evə daxil olduqdan sonra ondan çəkilişi dayandırmağı tələb ediblər. Mənzildə axtarışdan əvvəl Elizbaraşvilinin avtomobili də yoxlanılıb. Avtomobildə də odlu silah axtarılıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, Biznesmen Tamaz Elizbaraşvili İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi ilə saxlanılıb. Bu maddə polis əməkdaşının qanuni tələbinə tabe olmamağı nəzərdə tutur. Daxili İşlər Nazirliyinin məlumatına görə, axtarış hədə-qorxu və silahın qanunsuz əldə edilməsi və saxlanılması ilə bağlı aparılan istintaq çərçivəsində həyata keçirilib.

www.24news.ge